Jurnalist “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb
Türkiyəli tanınmış jurnalist Fatih Altaylı saxlanılıb. AYNA.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, jurnalist sosial media hesabında verdiyi açıqlamalara görə “prezidenti təhdid etmə” ittihamı ilə başladılan istintaq çərçivəsində saxlanılıb.
İstanbul Prokurorluğunun yaydığı məlumatda qeyd edilir ki, 20.06.2025-ci il tarixində adı hallanan “YouTube” sosial media kanalında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli açıqlamalarına görə Fatih Altaylıya qarşı CM-nin 310/2 və 106/1-ci maddələri (prezidenti təhdid etmə) ilə istintaq başladılıb.