"Facebook" yeni tanışlıq xidməti istifadəyə verdi

Maraqlı

06.09.2019 - 07:40

Xidmət yalnız 18 yaşından böyüklər üçün açıq olacaq

 

"Facebook" "Dating" adlı yeni tanışlıq xidmətini istifadəyə verib. AYNA xəbər verir ki, bununla bağlı şirkət özü məlumat yayıb.
 

"Facebook"un prress-relizində deyilir ki, bu xidmətdən hələlik ABŞ, Latın Amerikası və Cənub-Şərqi Asiya ölkələrində yaşayan 18 yaşı tamam olmuş şəxslər istifadə edə biləcəklər.


Xidmət istifadəçilərə məlumatlardan yararlanaraq profilin sahibinin maraqlarına uyğun şəxsi təqdim edəcək.

Müəllif: Ayna.az