Azərbaycanda uzunömürlülərin sayı məlum olub - <font color=red> Xüsusən bu bölgələrdə</font>

Maraqlı

23.08.2019 - 08:21

Uzunömürllük göstəricisi əhali üzrə ümumilikdə 75.8 yaş 78.2 yaş olub

 

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə Lerik, İsmayıllı, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.

 

AYNA xəbər verir ki, Səhiyyə Nazirliyi Azərbaycanda uzunömürlülərin sayı ilə bağlı Modern.az saytının sorğusunu cavablandırıb.

 

Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova Modern.az-a bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.

 

"2019-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 100 və yuxarı yaşda əhalinin sayı 880 nəfər olub. 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 75.8 yaş, o cümlədən kişilərdə 73.3, qadınlarda isə 78.2 yaş olub".

Müəllif: Ayna.az