Təhlükəsizlik tədbirlərinə uyğun olaraq evakuasiya həyata keçirilib
Parisdə Eyfel qülləsinin ziyarətçiləri ikinci və üçüncü mərtəbələr arasında liftdə yaranan texniki nasazlıq səbəbindən təxliyə ediliblər.
AYNA xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Qeyd olunub ki, qısaqapanma yanğın siqnalını işə salıb. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq evakuasiya həyata keçirilib.
Ölən və yaralananlar olmayıb. Hadisənin səbəbləri araşdırılır.