Əvəz Zeynallıya hökm oxunub

Xəbərlər

26.02.2024 - 15:54

cedabet dərman SEO Xidməti

Jurnalist 9 il müddətinə azadlıqdan məhrum edilib

“Xural” internet televiziyasının həbsdə olan rəhbəri, jurnalist Əvəz Zeynallı və Elnur Şükürovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AYNA APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bəraət istəyiblər.

Daha sonra məhkəmə müşavirəyə gedib.

Müşavirədən sonra hökm elan edilib.

Hökmə əsasən, Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun isə 5 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1-ci maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş