ETSN dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Xəbərlər

21.03.2024 - 22:25

Görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən AYNA-ya bildirilib ki, martın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Müəllif: Ayna.az