Penitensiar Xidmətin müalicə müəssisəsinə narkotik keçirilməsi cəhdinin qarşısı alınıb
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən AYNA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək 7 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən Əhmədova qardaşı Bakı şəhər sakini Emin Əhmədovun gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı ət sousunun içərisində xüsusi üsulla gizlədilmiş 3 sellofan bükülüdə ümumi çəkisi 2,706 qram olan heroin aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.