Ət satışı mağazalarında reyd keçirildi

Xəbərlər

29.01.2020 - 18:36

Həkimlər Klinikalar SEO Xidməti

Qaradağ və Sabunçu rayonlarında qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reyd keçirilib

 

AQTA əməkdaşları Qaradağ və Sabunçu rayon İcra Hakimiyyətləri nümayəndələri və Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə Qaradağ rayonu, Lökbatan qəsəbəsində və Sabunçu rayonu, Zabrat ŞTQ-də qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində antisanitar vəziyyət və qanunsuz heyvan kəsiminə qarşı reyd keçiriblər.

 

AYNA-ya AQTA-dan verilən məlumata görə, reyd zamanı  kəsim sahələrinə baxış keçirilib.

 

Baxış zamanı müəyyən edilib ki, bu ünvanlarda fəaliyyət göstərən ət satışı mağazalarında antisanitar vəziyyət və baytarlıq ekspertizası aparılmadan ətlərin satışı həyata keçirilir. Bununla əlaqədar olaraq sahibkarlıq subyektlərinə məxsus qeyri-qanuni fəaliyyət göstərən ət satışı mağazalarında və yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir konustruksiyalı qurğular yerli icra orqanlarının əməkdaşları tərəfindən ləğv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş