"Ermənistanın təxribatı normallaşma prosesinə zərbədir” - PREZİDENT

Siyasət

16.09.2022 - 15:04

Həkimlər Klinikalar SEO Xidməti

İlham Əliyev: “Zəngəzur dəhlizi bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalıdır”

“Ermənistanın təxribatı iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir”. AYNA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

Dövlət başçısı vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

“Azərbaycan Şərq-Qərb və Şimal-Cənub kimi regional kommunikasiya layihələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Bu gün Bakı dəniz limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona çatdırıla bilər", - deyə ölkə başçısı vurğulayıb.

İ.Əliyev qeyd edib ki, Azərbaycan bundan sonra da beynəlxalq hüquq, ədalət və qlobal təhlükəsizlik əsasında fəaliyyətini davam etdirəcək.

Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin yekdilliklə daha bir il uzadıldığını xatırladıb.

“Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və bu marşrut üzərində yerləşən bütün ölkələr üçün faydalı olacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunmasının regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdı", - Azərbaycan lideri söyləyib.

İ.Əliyev onu da qeyd edib ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur: “Bu baxımdan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsini qeyd etmək istərdim. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində icra olunur. Bizim vəziyyətimizlə bağlı qəbul edilmiş qətnamələr 27 il ərzində icra olunmamışdı. Azərbaycan özü Qarabağ münaqişəsini hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının qeyd olunan qətnamələrinin icrasını təmin edib".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş