Nikol Paşinyan: "İranla münasibətlərimiz çox güclüdür və biz onları strateji tərəfdaşlıq sənədi şəklində rəsmiləşdirməyə çalışırıq"
Ermənistanın İranla strateji tərəfdaşlıq sənədi imzalamaq niyyətindədir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan deyib.
Baş nazir Ermənistan və İran arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini və yüksək səviyyədə olduğunu bildirib: "İranla münasibətlərimiz çox güclüdür və biz onları strateji tərəfdaşlıq sənədi şəklində rəsmiləşdirməyə çalışırıq".
O xatırladıb ki, 2025-ci ilin əvvəlində Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq xartiyası, dekabr ayında isə Avropa İttifaqı ilə strateji tərəfdaşlıq proqramı imzalayıb.