Ermənistanda müdafiə nazirinin müavininin qətlinin üstü 27 ildən sonra açılıb

Dünya

18.07.2025 - 19:11

Cinayəti törətməkdə 3 nəfər şübhəli bilinərək ittiham olunur

Ermənistanda müdafiə nazirinin müavini olmuş Vahram Xorxorun qətlinin üstü 27 ildən sonra açılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İstintaq Komitəsinin məlumatına görə, cinayəti törətməkdə 3 nəfər şübhəli bilinərək ittiham olunur.

Bildirilib ki, qətlin təşkilatçısı S.A. olub ki, bu addımı eqoist məqsədlərlə atıb. O iki nəfərə 10.000 və 15.000 ABŞ dolları vəd edib. Onlar 1998-ci il dekabrın 10-da Xorxoru gözləyərək yaşadığı binanın girişində güllələyiblər.

Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarından əməliyyat-istintaq qrupu yaradılıb.

S.A hazırda saxlanılıb. Digərlərinin axtarışları davam edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş