Ermənistanda 16 yaşdan kiçik uşaqlar üçün sosial media qadağan ediləcək

Dünya

03.04.2026 - 16:40

"Bütün əsas imkanları, riskləri və problemləri müəyyən etmək üçün tədqiqatlar aparılır”

Ermənistan 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmağı nəzərdən keçirir. AYNA.AZ “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Ümumi Təhsil İdarəsinin müdiri Tamara Sarkisyan deyib.

Onun sözlərinə görə, məsələ Təhsil Nazirliyi tərəfindən Ermənistan Respublikasının Əmək və Sosial Məsələlər Nazirliyi və Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə birlikdə müzakirə olunur.

Nazirlik nümayəndəsi qeyd edib ki, uşaqların rəqəmsal müdafiəsi prioritetdir və dövlət rəqəmsal mühitdə uşaqları qorumaq üçün kifayət qədər alət və qaydalara malik olmasını təmin etməlidir.

"Bütün əsas imkanları, riskləri və problemləri müəyyən etmək üçün tədqiqatlar aparılır. Yalnız tam bir mənzərə əldə etməklə hansı parametrlərin zəruri olduğunu və onları necə dəqiq və effektiv şəkildə tətbiq edəcəyimizi başa düşə biləcəyik. Buna uyğun olaraq, hansı veb saytların bloklanacağını biləcəyik”, - deyə Tamara Sarkisyan bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş