Ermənistan polisi etirazçıların həbslərini davam etdirir

Dünya

04.05.2022 - 17:00

Həkimlər Klinikalar SEO Xidməti

40 vətəndaş İrəvanın müxtəlif yerlərində saxlanılaraq şöbələrə aparılıb

Ermənistan polisi səhər saatlarından İrəvanda küçələrini bağlayan vətəndaş itaətsizliyi aksiyalarının iştirakçılarını saxlamağa davam edir.

AYNA erməni mediasına istinadən bildirir ki, polisdən 40 vətəndaşın İrəvanın müxtəlif yerlərində saxlanılaraq şöbələrə aparıldığı deyilib.

Qeyd edilib ki, saxlanılanlar İnzibati Xətalar Məcəlləsinin 182-ci maddəsinin (polis əməkdaşının qanuni tələbinə tabe olmama) tələblərini pozduqlarına görə şöbələrə aparılıblar.

Qeyd edək ki, mayın 2-dən Ermənistan paytaxtında müxalifət qüvvələrinin təşkilatçılığı ilə etiraz aksiyaları yenidən başlayıb. İştirakçılar Qarabağla bağlı siyasətə görə hakimiyyətin istefasını tələb edirlər. Etirazçılar vaxtaşırı İrəvanın müxtəlif yerlərində küçələri bağlayırlar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş