Adam Şiff ipoteka fırıldaqlarında şübhəli bilinir
Amerikalı ermənipərəst senator Adam Şiff (Kaliforniya) ipoteka fırıldaqlarında şübhəli bilinir. AYNA.AZ xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” məlumat yayıb.
Bildirilib ki, Merilend ştatının Baş Prokurorluğu senatora qarşı cinayət işi açıb.
Federal Mənzil Maliyyəsi Agentliyi hesab edir ki, Şiff kredit üçün daha sərfəli şərtlər əldə etmək üçün dəfələrlə saxta bank sənədləri və əmlak məlumatları təqdim etmiş ola bilər.