Ermənilərdən Xocavənddə təxribat: şəhid və yaralımız var - <font color=red> RƏSMİ</font>

Xəbərlər

28.12.2020 - 10:55

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: “Erməni hərbi dəstəsinin altı üzvü məhv edilib”

 

Azərbaycan Müdafiə Nazirliyi Qarabağda erməni təxribatı ilə bağlı məlumat yayıb. AYNA-nın xəbərinə görə, nazirliyin məlumatında qeyd edilib ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

 

“Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur”, - deyə məlumatda vurğulanıb.

 

Bildirilib ki, görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib: “Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş