Ermənilər Mingəçevirə raket atıb - <font color=red> RƏSMİ</font>

Xəbərlər

04.10.2020 - 22:51

cedabet dərman SEO Xidməti

Hikmət Hacıyev: “Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir”

 

Düşmən Mingəçevirə raket zərbəsi endirib. AYNA xəbər verir ki, bu barədə “Twitter” hesabında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev paylaşım edib.

 

“Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət terroru davam edir. Bir neçə dəqiqə əvvəl Ermənistan Silahlı Qüvvələrin Azərbaycanın sənaye şəhəri Mingəçevirə raket zərbəsi endiriblər. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası yerləşir. Çarəsizliyin barbar şəkildə ifadəsi!”, - deyə Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş