Ermənilər Bərdəni atəşə tutub: <font color=red> 16 yaşlı oğlan həlak olub</font>

Siyasət

07.11.2020 - 17:15

Həkimlər Klinikalar SEO Xidməti

Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub

 

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, 07.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Bərdə rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.

 

Bu gün saat 16 radələrində Bərdə rayonu, Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub, yaşayış evinə isə ciddi ziyan dəyib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş