Erməni təcavüzü nəticəsində Azərbaycanın mülki itkiləri açıqlanıb

Xəbərlər

08.10.2020 - 14:26

928 ev, 133 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə ağır artilleriyalardan atəş açması nəticəsində bu gün səhər saatlarına olan məlumata görə 31 mülki şəxs həyatını itirib.

 

AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, ermənilərin açdığı atəş nəticəsində 154 nəfər yaralanıb. 928 ev, 133 mülki obyekt və 45 yaşayış binası yararsız vəziyyətə düşüb.

Müəllif: Ayna.az

GÜLSÜM

Dünən, 22:14 Yazarlar