Axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl ərazilərində həyata keçiriləcək
Üç günlük fasilədən sonra bu gün Qarabağda müharibə zamanı məhv edilmiş erməni hərbçilərinin cəsədlərinin axtarışı aparılacaq.
AYNA erməni mediasına istinadən bildirir ki, axtarış işləri Hadrut, Füzuli və Cəbrayıl ərazilərində beş dəstə tərəfindən həyata keçiriləcək.
Axtarışda itkin düşən erməni hərbçilərinin yaxınları da iştirak edəcəklər.
Qeyd edək ki, 3 gün idi cəsədlərin axtarışına fasilə verilmişdi.