Erməni diversiya qruplarının Daşkəsəndə basdırdığı 452 mina zərərsizləşdirilib

Xəbərlər

04.10.2022 - 12:08

Mühəndis-istehkam bölmələri ərazilərin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir

Daşkəsən rayonu ərazisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minalardan təmizlənir.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, qeyd olunan ərazidə erməni diversiya qruplarının basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd Э-001 М tipli piyada əleyhinə mina mühəndis-istehkamçılarımız tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini davam etdirir.

Müəllif: Ayna.az