“İranın raket hücumları Ermənistan üçün yaxşı dərsdir və İrəvan bu təcrübəni öyrənməlidir”
Erməni alim, iranşünas Vardan Voskanyan Ermənistana Azərbaycan ərazisindən keçən neft-qaz kəmərlərinə, infrastrukturlara raket zərbəsi endirməyə çağırış edib.
AYNA xəbər verir ki, iranşünas Voskanyan “Verelq”ə açıqlamasında deyib: “Bizim regionda ancaq güc dili başa düşüləndir. Zəiflər məhv olurlar. Bizim regionda zəiflik ölkənin mövcudluğu üçün əks göstərişdir”.
Voskanyan İranın Yaxın Şərqdəki addımlarını misal göstərib və İrəvana Azərbaycana qarşı terror törətməyə açıq çağırış edib: “İranın raket hücumları Ermənistan üçün yaxşı dərsdir və İrəvan bu təcrübəni öyrənməlidir. Ermənistan raketlərdən istifadə etməli, Azərbaycan ərazisindən keçən bütün infrastruktur potensial hədəfə çevrilməlidir”.
“Ermənistan bu prinsipi rəhbər tutmalıdır: əgər regionda Ermənistan yoxdursa, o zaman region nəyə lazımdır? Ermənistan bu prinsipə əsaslanmalıdır”, - deyə erməni əsilli alim vurğulayıb.