Ərdoğan Ukraynaya səfər edəcək

Dünya

04.08.2025 - 15:54

“Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Türkiyənin Ukraynadakı səfiri Nəriman Celal deyib.

Onun sözlərinə görə, hazırda rəsmi Kiyev bu səfərə hazırlaşır.

Diplomat bildirib ki, səfər Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə reallaşacaq: “Tərəflər arasında onun reallaşmasına mane olan çoxsaylı məsələlər var. Ona görə də bu səfər əhəmiyyətli səylərin göstərilməsini tələb edir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş