“Qarabağın hər yerində inkişaf müşahidə olunur, infrastrukturun yaradılması istiqamətində işlər görülür”
“Biz mayın 28-də Laçında olduq, Laçın hava limanının açılış mərasimində iştirak etdik”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra deyib.
Ərdoğan bildirib ki, Qarabağın hər yerində inkişaf müşahidə olunur, infrastrukturun yaradılması istiqamətində işlər görülür.
"Biz də bu işdə hər cür dəstəyi veririk", - Ərdoğan vurğulayıb.