Ərdoğan: “Qarabağ məsələsində haqq yerini tapdı”

Xəbərlər

02.10.2023 - 00:17

Türkiyə Prezidenti: “30 ildən sonra Qarabağ azadlığa qovuşub”

“Qarabağ məsələsində haqq yerini tapdı”. AYNA-nın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

O qeyd edib ki, 30 ildən sonra Qarabağ azadlığa qovuşub.

Ərdoğan əlavə edib ki, Türkiyə dostlarının sayını artırmaq istəyir və uzatdığı dostluq əlini qəbul edənlərlə əməkdaşlığa hazırdır.

Müəllif: Ayna.az