Əraqçi Türkiyədə keçiriləcək “3+3” platformasının iclasında iştirak edəcək

Dünya

09.10.2024 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

“3+3” platformasının üçüncü toplantısının Türkiyədə keçirilməsi planlaşdırılır

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyədə regional “3+3” platformasının iclasında iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə İranın Türkiyədəki səfiri Məhəmməd Həsən Həbibullahzadə deyib.

Onun sözlərinə görə, “3+3” platformasının üçüncü toplantısının Türkiyədə keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “3+3” platforması Cənubi Qafqaz regionunun altı ölkəsi (Rusiya, Türkiyə, İran, Azərbaycan, Ermənistan və Gürcüstan) arasında geniş əməkdaşlığı nəzərdə tutur. Gürcüstan dəfələrlə bu formatda iştiraka dəvət olunub, lakin hələ də onun işinə qoşulmayıb. 2021-ci ilin dekabrında platformanın ilk iclası Moskvada keçirilib.

Müəllif: Ayna.az