Əraqçi: “Tehran heç vaxt nüvə silahı əldə etmək istəməyib”

Dünya

15.05.2026 - 17:40

“İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır”

“İranın nüvə proqramı yalnız dinc xarakter daşıyır. Tehran heç vaxt atom bombası əldə etmək istəməyib”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Yeni Dehlidə keçirilən mətbuat konfransında söyləyib.

“İran heç vaxt nüvə silahına sahib olmaq istəməyib. Biz dəfələrlə demişik ki, atom bombası istəmirik. Bizim yalnız dinc nüvə proqramımız var”, - deyə nazir bildirib.

Əraqçi qeyd edib ki, “İran hakimiyyəti münaqişənin diplomatik yolla həllinə imkan yaratmaq üçün ABŞ ilə atəşkəsi qorumağa çalışır”.

“Atəşkəs çox kövrəkdir. İran diplomatiyaya ikinci şans verməklə atəşkəsi qorumağa cəhd göstərir”, - XİN başçısı əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş