Əraqçi: “ABŞ Oman və digər vasitəçilərlə İrana mesajlar verir”

Dünya

22.06.2025 - 19:35

cedabet dərman SEO Xidməti

“Hazırda danışıqlara hazırlaşmaqdan söhbət gedə bilməz, amma prinsipcə, qapı açıq qalmalıdır"

“Hazırda Tehran regiondakı vəziyyət və ABŞ-ın nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı danışıqlara başlamaq variantını müzakirə etmir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

"Təbii ki, Tehranla əlaqə saxlayıram. Dəymiş ziyanın səviyyəsi ilə bağlı hələ dəqiq məlumatım yoxdur, amma bunun indi vacib olduğunu düşünmürəm. Nüvə obyektlərinə zərbələr özlüyündə beynəlxalq hüququn bağışlanmaz pozuntusudur və pislənməlidir. Hazırda danışıqlara hazırlaşmaqdan söhbət gedə bilməz, amma prinsipcə, qapı açıq qalmalıdır", - deyə nazir İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

Əraqçi son vaxtlar Amerika rəsmiləri ilə birbaşa əlaqə saxlamadığını deyib: "Aramızda vasitəçilik edən Omanın xarici işlər nazirinə minnətdaram. Nüvə proqramı üzrə İran-Amerika danışıqları ABŞ-ın təcavüzü səbəbindən dayandırılsa da, biz hələ də müxtəlif kanallarla, xüsusən də Oman vasitəsilə amerikalılardan mesajlar alırıq. ABŞ-dan mesajları çatdıran başqa vasitəçilər də var, lazım gələrsə, nazirlər vasitəsilə biz cavab veririk".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş