Əməkdar jurnalist Mais Məmmədov dəfn olunub

Xəbərlər

17.07.2022 - 15:13

Əməkdar jurnalist Yasamal qəbiristanlığında torpağa tapşırılıb

Dünən 84 yaşında vəfat edən Əməkdar jurnalist Mais Məmmədov Yasamal qəbiristanlığında dəfn olunub. AYNA xəbər verir ki, dəfn mərasimində jurnalistlər, ictimai-siyasi xadimlər və digər şəxslər iştirak ediblər.

Dəfn mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

Qeyd edək ki, M.Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub. 1998-ci ildən 2016-cı ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrdə - ictimai əlaqələr üzrə baş müşavir, prezidentin müşaviri kimi çalışıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş