Əmək kitabçaları sıradan çıxarılır

Xəbərlər

29.01.2021 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

“Kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır”

 

Ölkəmizdə mərhələli şəkildə əmək kitabçaları dövriyyədən çıxarılacaq. AYNA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

 

Bildirib ki, 2020-ci ildə əmək münasibətləri və məşğulluq alt sisteminin yaradılmasına başlanılıb: “Proses bütünlükdə ölkənin həm əmək qanunvericiliyinin, məşğulluq siyasətinin və kitab inzibatçılığının böyük ölçüdə elektronlaşdırılmasına zəmin yaradacaq”. 

 

“Ezamiyyə vərəqələri, kağız üzərində əmrlər, ştat cədvəlləri, digər kağız daşıyıcıları ləğv edilərək, elektron müstəviyə keçirilməsi planlaşdırılır”, - deyə M.Abbasbəyli əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş