Əliyev Ərdoğana başsağlığı verib

Xəbərlər

28.02.2020 - 13:59

Həkimlər Klinikalar SEO Xidməti

“Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım”

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

 

“Hörmətli cənab Prezident,

 

Əziz Qardaşım,

 

Türk əsgərlərinin şəhid olması xəbərini dərin kədər hissi ilə qarşıladım.

 

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

 

Allah rəhmət eləsin!”

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş