Əli Əsədov Paşinyana cavab verib

Xəbərlər

26.10.2023 - 14:10

“Biz kommunikasiyaların açılmasını istəyirik, ancaq bu tək bizdən asılı deyil”

Azərbaycanın Baş naziri Əli Əsədov Tbilisidə keçirilən Beynəlxalq İpək Yolu Konfransında ermənistanlı həmkarı Nikol Paşinyana cavab verib.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, hökumət başçısı Azərbaycanın 5 qonşusundan 4-ü ilə çox yaxşı iqtisadi və ticarət əlaqələrinin mövcud olduğunu qeyd edib.

Ə.Əsədov bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən dərhal sonra sülh müqaviləsi ilə əlaqədar öz mövqeyini bildirib. O əlavə edib ki, Azərbaycan ötən ay həyata keçirdiyi antiterror tədbirlərindən sonra da sülh müqaviləsinin bağlanması mövqeyində qalır.

“Biz kommunikasiyaların açılmasını istəyirik, ancaq bu tək bizdən asılı deyil, qarşı tərəf istədiyi təqdirdə biz buna hazırıq. Digər situasiyada da bizim kifayət qədər imkanlarımız var”, - Baş nazir qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş