Baş nazirin Qazaxıstana işgüzar səfəri başlayıb
Oktyabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Alixan Smailovun dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Astanaya işgüzar səfər edib.
AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Ximdəti məlumat yayıb.
Xatırladaq ki, Astanada MDB Hökumət Başçıları Şurasının iclası keçiriləcək.