TV rəhbərinin yaşadığı mənzildə axtarış aparılıb
Tanınmış media eksperti, "Toplum" Tv-nin təsisçisi Ələsgər Məmmədli bu gün səhər saatlarında saxlanılıb.
AYNA xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan görünür ki, o öz maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
Məlumata görə, Ələsgər Məmmədli saxlanıldıqdan sonra onun yaşadığı mənzildə axtarış aparılıb.