“Ölkəni sabitliyini təhdid edən təhlükəli vəziyyətə salıb”
“İsrailin müdaxiləsi Suriyada gərginliyi daha da artırıb və ölkəni sabitliyini təhdid edən təhlükəli vəziyyətə salıb”.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Suriyanın müvəqqəti Prezidenti Əhməd əl-Şaraa ölkənin cənubundakı Əs-Suveyda əyalətində baş verən qarşıdurmalarla bağlı vətəndaşlara müraciətində deyib.
"İsrailin müdaxiləsi gərginliyi bir daha artırdı və ölkənin cənubunda və Dəməşqdə hökumət qurumlarında bombardmanlarla sabitliyini təhdid edən təhlükəli fazaya itələdi", - Əl-Şaraa deyib.