Əhalinin borc yükü artıb

Xəbərlər

13.04.2026 - 22:59

Əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır

Bu il yanvar ayının 1-ə Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2025-ci ilin yanvarın 1-i ilə müqayisədə 0.4 faiz bəndi artaraq 18.4% olub. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Maliyyə Hesabatı"nda qeyd olunub.

Bildirilib ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş