Əfv komissiyasının tərkibi dəyişdirilib

Siyasət

02.09.2019 - 22:44

Həkimlər Klinikalar SEO Xidməti

Yeni komissiyada Vilayət Eyvazov və Əli Nağıyev yer alıblar

 

Prezident yanında Əfv Məsələləri Komissiyasının tərkibi dəyişdirilib. AYNA xəbər verir ki, bunun bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən, komissiyada Ramil Usubovun yerinə Daxili İşlər naziri Vilayət Eyvazov, Mədət Quliyevin yerinə isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev təyin edilib.

Müəllif: Ayna.az