Tramp yaşanan ABŞ-Türkiyə gərginiyində Obamanı günahlandırıb
Yaponiyanın Osaka şəhərində keçirlən “Böyük iyirmilik” (G-20) sammitində ABŞ Prezidenti Donald Tramp Türkiyə ilə bağlı maraqlı açıqlamalar verib. AYNA xəbər verir ki, Prezident Tramp keçirdiyi mətbuat konfransında Türkiyə ilə aralarında yaranan gərginlik haqqda danışıb.
O, Türkiyənin Rusiyadan satın aldığı "S-400" zenit raketləri məsələsində Ərdoğanın günahı olmadığnı deyərək, sabiq Prezident Barak Obamanı günahlandırıb. ABŞ Prezidenti Ərdoğana qarşı haqqsızlıq olduğunu, Türkiyənin patriot raket sistemlərini almaq istədiyini, lakin keçmiş hökümətin bu istəyi rədd etdiyini vurğulayıb.
“Obama hakimiyyəti vaxtında, Türkiyə bizdən patriot raket sistemləri almaq istədiyini bildirmişdi. Müttəfiq olmağımıza baxmayaraq onların istəklərini rədd etdik. Onlar da getdi Rusiyadan "S-400" zenit raketlərini aldı. Ərdoğan xaraktercə çətin adamdır, ona haqqsızlıq edildi” – deyə ABŞ Prezidenti bildirib.
Qeyd edək ki, ötən gün Rusiya ilə Türkiyə arasında "S-400" zenit raketləri ilə bağlı bütün razılaşmalar əldə olundu və iyul ayının 9-na qədər raketlərin bir hissəsi Türkiyəyə gətiriləcək.