Əfsanəvi italyalı futbolçu vəfat edib

İdman

06.01.2023 - 15:54

Canluka Vialli 58 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib

Əfsanəvi italiyalı futbolçu Canluka Vialli 58 yaşında vəfat edib. AYNA xarici mediaya istinadən bildirir ki, veteran futbolçu bir neçə il idi mədəaltı vəzi xərçəngi ilə mübarizə aparırdı.

Ötən ilin dekabrında xəstəlik daha da şiddətlənib və Vialli İtaliyanın məşqçilər korpusunu tərk etməyə məcbur olub.

Vialli "Kremonese", "Sampdoria", "Yuventus" və "Çelsi"də oynayıb. Vialli “Sampdoria”da İtaliya çempionatı və Kuboklar Kuboku da daxil olmaqla, 6 mükafat qazanıb. “Juventus” ilə Çempionlar Liqası və UEFA kuboku da daxil olmaqla, 5 kubokun sahibi olub. "Çelsi"də isə UEFA superkuboku ilə yanaşı, daha 3 kubok qazanıb.

Vialli İtaliya millisinin heyətində 59 oyun keçirib, 16 qol vurub. 1990-cı ildə keçirilən dünya çempionatında bürünc medal qazanıb. O, İtaliya millisinin məşqçilərindən biri idi.

Müəllif: Ayna.az