Əfqanıstanda internet xidməti 48 saatlıq fasilədən sonra bərpa edilib

Dünya

02.10.2025 - 10:59

“Taliban” hərəkatı bu addımı ilə bağlı heç bir izahat verməyib

Əfqanıstanda internet xidməti təxminən 48 saatlıq fasilədən sonra bərpa edilib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Mətbuat Xidməti məlumat yayıb.

Təşkilat Əfqanıstanı idarə edən və terror təşkilatı kimi tanınan “Taliban” hərəkatı bu addımı ilə bağlı heç bir izahat vermədiyini vurğulayıb.

Hava hərəkətinin də normal qaydada bərpa edildiyi qeyd edilib.

Qeyd edək ki, sentyabrın 29-da “Taliban” hərəkatı “mənəvi bütövlüyü qorumaq” üçün addımlar atdığından bütün Əfqanıstanda internet xidməti dayandırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş