Müraciət hava şəraiti ilə bağlıdır
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
AYNA-ya İdarədən verilən məlumatda bildirilir ki, BDYP sürücülərə son dərəcə diqqətli və ehtiyatlı olmağı, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, sürət həddini müəyyən edilmiş maksimum hədlərə görə deyil, yol və meteoroloji şəraitə uyğun seçmələrini tövsiyə edir.
Piyadalara isə asfalt örtüyünün yaş olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, habelə yolun nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş hissəsi ilə piyada getməmələri məsləhət görülür.