Düşünürdüm ki, müharibə bitib: Müdafiə Nazirliyinə bir neçə ciddi sual

Aktual

29.08.2021 - 22:05

Hospitaldan Ağdərəyə gedən hərbçi, ona açılan cinayət işi, sərhəddə bıçaqlanan əsgər: müəmmalar cəmiyyəti həyacanlandırır

 

Ermənistan mediasında 25 avqustda “Artsax Milli Təhlükəsizlik Xidməti” tərəfindən, Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda deyildiyi kimi, “Gəncə şəhərindəki xəstəxananın psixiatriya şöbəsindən könüllü olaraq qaçan” azərbaycanlı hərbçi Cəmil Babayevin Ağdərədə rus sülhməramlılarının nəzarətində olan ərazidə saxlanılması ilə bağlı yayılan məlumatlar ictimaiyyəti həyəcanlandırdı və çoxlu suallar doğurdu.

 

Həm Müdafiə Nazirliyinin özünə, həm də xəstənin qaçdığı hərbi hospitala, Azərbaycan Dövlət Sərhəd Xidmətinə, habelə bu əraziyə nəzarət edən rus sülhməramlılarına və əlbəttə ki, ortaq rus-türk "yüksəkdə oturub uzaqlara baxan" Monitorinq Mərkəzinə...

 

Və suallar belədir:

 

- Hərbi qulluqçu Cəmil Babayev zehni cəhətdən sağlam deyilsə, necə tibbi müayinədən keçərək Azərbaycan Silahlı Qüvvələri sıralarına düşdü? Xidməti əsnasında xəstələnibsə və xəstəxanaya yerləşdirilibsə, xəstəxananı necə tərk edə bildi? Axı bir hərbi xəstəxanada, xüsusən də psixiatriya şöbəsində bir təhlükəsizlik xidməti olmalıdır ...

 

- Xüsusilə, guya xəstəxana paltarında olması lazım olan şəxs Gəncədən Ağdərəyə qədər 138.5 km (“google”un bizə göstərdiyi kimi) məsafəni necə aşa bildi; amma niyə tutulanda mülki geyimdə idi və paltarını necə dəyişməyi bacardı?

 

- Rusiya sülhməramlılarının nəzarət etdiyi əraziyə sərbəst şəkildə necə girə bildi?

 

- Niyə monitorlar qarşısında oturan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin əməkdaşları pozucunu görmədilər?

 

- Hərbçilərimiz niyə onun həmin bölgəyə nüfuz etmədiyini fərq etmədilər? Axı bildiyiniz kimi Ağdərədən 2 km aralıda bir Azərbaycan postu var.

 

Və nəhayət, Azərbaycanın müvafiq orqanları Ermənistan mediasında bu qanunsuz qurumun polislərinin "Artsax Respublikasının dövlət sərhədi"ni pozanı saxladığı barədə məlumatlara niyə reaksiya vermirlər?

 

Elə bil ki, belə bir qurumun və onun qanunsuz fəaliyyət göstərən strukturlarının olması normaldır. Niyə sülhməramlı qüvvələrin rəhbərliyinə qarşı heç bir qeyd və ya şikayət yoxdur?

 

Dağlıq Qarabağa qaçan əsgəri barədə məlumat yayan  Azərbaycan Müdafiə Nazirliyinin açıqlaması bir az çaşqınlığa səbəb olur - "Babayevə qarşı cinayət işi açılıb, araşdırma aparılır". Xəstəxananın rəhbərliyinə, işçilərinə, vəzifəsi hərbi qulluqçuların psixiatrik müayinəsini aparmaqdan ibarət olan hərbi həkim komissiyasına, sözdə sərhəddin fərqinə varmayan hərbiçilərlə bağlı hər hansı bir aradşrıma aparılırmı?

 

Azərbaycan Sərhəd Qoşunlarının əsgəri Ruslan Şirəliyevin iki erməni əsgəri tərəfindən Gorus-Qafan yolu istiqamətində, Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığında sərhəd-döyüş məntəqəsi ərazisində bıçaqla vurulması ilə bağlı Azərbaycan Dövlət Sərhəd Xidmətinə olan suallar da eyni sırada dayanır.

 

Fikirlərim səhvdirsə, düzədin. Mən düşünürdüm ki, müharibə başa çatdı, düşmən təslim oldu, sülhməramlılar onları tamamilə tərksilah edəcək, Dağlıq Qarabağın bütün ərazisi bizimdir və Ağdərəni ziyarət etmək cinayət deyil və hətta qınanacaq bir şey yoxdur...

Müəllif: Mira Həsənova