XİN: “Ermənistan dinc insanlara hücum edərək humanitar atəşkəsi pozur”
Ağdam, Goranboy və Tərtərin gecə atəşə tutulmasından sonra Ermənistan silahlı qüvvələri bu səhər Ağcabədiyə artilleriya zərbələri endirib.
AYNA-nın məlumatına görə, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində paylaşım edilib.
“Ermənistanın işğalçı qüvvələri dinc insanlara hücum edərək humanitar atəşkəsi pozur”, - deyə XİN bəyan edib.