Dünyanın ən yaxşı futbolçusu məlum olub

İdman

18.12.2020 - 01:44

32 yaşlı forvard bu il "Bavariya"nın heyətində Almaniya çempionu və Çempionlar Liqasının qalibi, Bundesliqa və Çempionlar Liqasının bombardiri olub

 

FIFA 2020-ci ilin ən yaxşı futbolçusunu açıqlayıb. AYNA-nın məlumatına görə, bu ada Almaniya "Bavariya"sının futbolçusu Robert Levandovski sahib çıxıb. Polşalı hücumçu İspaniya "Barselona"sından Lionel Messi və İtaliya "Yuventus"undan Kriştianu Ronaldunu üstələyib.

 

32 yaşlı forvard bu il "Bavariya"nın heyətində Almaniya çempionu və Çempionlar Liqasının qalibi, Bundesliqa və Çempionlar Liqasının bombardiri olub. O, Messi və Ronaldu istisna olmaqla, 2005-ci ilin ən yaxşısı sayılan Ronaldinyodan sonra FIFA-nın ali mükafatına layiq görülən ilk hücumçudur.

 

Qeyd edək ki, Robert Levandovski karyerasında ilk dəfə "The Best" mükafatını qazanıb.

Müəllif: Ayna.az