Dünyanın ən yaşlı kişisi vəfat edib

Maraqlı

04.04.2024 - 14:27

Xuan Visente Peres Mora 114 yaşında dünyasını dəyişib

Dünyanın ən yaşlı insanı, Venesuela vətəndaşı Xuan Visente Peres Mora 114 yaşında dünyasını dəyişib. AYNA xarici mediaya istinadən bildirir ki, Xuan Visente Peres Mora 4 fevral 2022-ci ildə ən yaşlı kişi kimi qəbul edilib. Həmin vaxt o 112 yaş 253 günlük idi.

Peres Moranın 11 övladı, 41 nəvəsi, 18 nəticəsi və 12 kötücəsi var.

Peres Mora 27 may 1909-cu ildə Taçira bölgəsindəki El Kobre şəhərində anadan olub. O on uşağın doqquzuncusu olub. Beş yaşından atası və qardaşları ilə işləməyə başlayıb. Mora onlara şəkər qamışı və qəhvə yığmağa kömək etdi. Daha sonra Perez Mora polis olub. Şerif olarkən torpaq və ailə mübahisələrinin həllinə cavabdehlik edib.

Qeyd edək ki, dünyada yaşayan ən yaşlı qadını İspaniyadan olan Maria Brañas Moreradır. Bu yaxınlarda onun 117 yaşı tamam olub. Son 23 ildir ki, qadın qocalar evində yaşayır. O 2023-cü ildə 118 yaşlı fransız rahibə Lucille Randonun ölümündən sonra ən yaşlı qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Müəllif: Ayna.az