Gürkanın dəfn mərasimi Binekli kənd qəbiristanlığında baş tutub
Türkiyənin ən yaşlı qadını Hodi Gürkan 132 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə “Turkiye Today” məlumat yayıb.
Ailəsinin dediyinə görə, 1894-cü il iyulun 1-də dünyaya göz açan Hodi Gürkan iyulun 30-da dünyasını dəyişib. O bütün ömrünü keçirdiyi Türkiyənin cənub-şərqindəki Binekli kəndindəki evində son nəfəsini verib.
Türkiyəli qadın ömrü boyu üç tarixi dövrün şahidi olub - Osmanlı imperiyasından müasir Türkiyə Cümhuriyyətinə qədər.
Onun yeddi övladı, 110 nəvəsi və çoxlu nəticəsi var.
Gürkanın dəfn mərasimi Binekli kənd qəbiristanlığında baş tutub. Onu son yola yola salmaq üçün yaxınları və həmkəndliləri toplaşıb.
Mütəxəssislər onun fenomenal uzunömürlülüyünü genetika, ənənəvi kənd həyat tərzi və Aralıq dənizi pəhrizi ilə əlaqələndirirlər. Bununla belə, onun rəsmi yüzillik statusu Ginnesin Rekordlar Kitabı və ya yüzillikləri araşdıran təşkilatlar tərəfindən təsdiqlənməyib.
Gürkanın yaşı düzgün olsa, o dünyanın ən yaşlı insanı ola bilərdi. Bu titul hazırda ispaniyalı 116 yaşlı Maria Brañas Moreraya məxsusdur.