Dünyanın ən təmiz havası bu ərazidədir

Maraqlı

03.06.2020 - 21:58

Bölgədə antropogen çirklənmə üzə çıxmayıb

 

ABŞ-da aparılan bir araşdırmaya əsasən, yer kürəsində ən təmiz havanın Cənubi Okeaniyada olduğu ortaya çıxıb. AYNA xəbər verir ki, araşdırma “Sona Kreidenweis” və Kolorado universitetlərinin mütəxəssisləri tərəfindən aparılıb.

 

“Proceedings of the National Academy of Sciences” jurnalında dərc edilmiş məlumata görə, Cənubi Okeaniyada ölçmənin aparıldığı bölgələrdə antropogen çirklənmə üzə çıxmayıb.

 

Qeyd edək ki, COVID-19 dünyada havanın çirklənməsini azaltsa da, atmosferdəki karbon qazının miqdarı artmaqda davam edir. Milli Okean və Atmosfer Agentliyinin (NOAA) məlumatlarına görə, 1880-ci ildə karbon qazının miqdarı 291 ppm olsa da, 2019-cu ildə bu say 412 ppm-ə çatıb.

Müəllif: Ayna.az