Gülmirə Rzayeva Böyük Britanyanın ilk azərbaycanlı “istedadlı mühacir”i seçildi
Azərbaycanın ən qabaqcıl enerji mütəxəssislərindən biri Gülmirə Rzayeva Britanya tərəfindən elm, mədəniyyət və incəsənət sahələrində beynəlxalq səviyyədə tanınan insanlara verilən xüsusi vizanın sahibi olub.
Beləliklə, o "istedadlar üçün viza" adlanan qeyri-adi bir viza növünü əldə edən ilk Azərbaycan vətəndaşı olub.
"Etdiyim fəaliyyət sahəsindəki xidmətlərimin beynəlxalq səviyyədə tanınması və mənə Britaniyada işləməyimə imkan verəcək bir statusun verilməsinə görə Böyük Britaniya hökumətinə səmimi qəlbdən təşəkkürümü bildirirəm" – deyə Gülmirə Rzayeva öz "Facebook" səhifəsində paylaşım edib.