Vieno Nurmilaukas 108 yaşında vəfat edib
Finlandiyanın ən yaşlı vətəndaşı Vieno Nurmilaukas 108 yaşında vəfat edib. AYNA.AZ xəbər verir ki, bu barədə "Etelä-Saimaa" qəzeti mərhumun qohumlarına istinadən məlumat yayıb.
O Finlandiyanın Rusiya imperiyasının tərkibində olduğu dövrdə doğulan son fin hesab olunurdu.
Qəzet qeyd edir ki, "Vieno Nurmilaukas Finlandiya müstəqillik qazanmazdan bir neçə ay əvvəl, Rusiya imperiyası dövründə doğulan son findir".
Qəzetin məlumatına görə, Nurmilaukas 23 sentyabr 1917-ci ildə Rusiya İmperiyasının muxtar ərazisi olan Finlandiya Böyük Hersoqluğunda anadan olub. Onun ölümünü oğlu Yukka Nurmilaukas təsdiqləyib.