ABŞ-da 56 yaşlı qadın öz nəvəsinə hamilədir - FOTO

Maraqlı

23.09.2022 - 23:16

“Belə fədakar və mehriban anam olduğu üçün Tanrıya minnətdaram”

ABŞ-ın Yuta ştatının 56 yaşlı sakini oğluna surroqat ana olub və öz nəvəsinə hamilə qalıb. AYNA xəbər verir ki, bu barədə “Metro” nəşri yazıb.

Nanci Haak adlı qadın oğlu Ceff və gəlini Kumbriyanın illərdir sonsuzluqla mübarizə apardığını və iki dəfə süni mayalanmaya müraciət etdiyini, nəticədə uşaq dünyaya gətirə bilmədiklərini deyib. Süni mayalanmadan sonra gəlinin səhhətində yaranan ağırlaşmalara görə, uşaqlığı çıxarılıb.

Oğlunun və gəlininin çarəsizliyini görən Haak uşaqlarına surroqat ana olmağı təklif edib. Əvvəlcə qadın bunun yaşına görə mümkün olub-olmadığını araşdırıb. Həkimlər müayinə keçiriblər və hamiləliyə heç bir əks göstəriş tapmayıblar. Nəticədə o, qadın süni mayalanma etdirib və hamilə qalıb. Hazırda 53 yaşlı qadın 4 aylıq hamilədir.

“Ailəm üçün belə fədakarlıq etməyə hazır olan belə fədakar və mehriban anam olduğu üçün Tanrıya minnətdaram”, - deyə oğl Haak söyləyib.

Qeyd edək ki, bundan əvvəl Avstraliyanın Tasmaniya ştatının Lilydale şəhərindən olan nənə sonsuzluqdan əziyyət çəkən qızı üçün öz nəvəsini dünyaya gətirib.

Müəllif: Ayna.az