Bakı Apellyasiya Məhkəməsi Şahin Rzayev ilə bağlı qərar çıxarıb
Dünən saxlanılan jurnalist Şahin Rzayev azadlığa buraxılıb. AYNA xəbər verir ki, bu barədə Şahin Rzayev özü “Facebook” hesabında yazıb.
Jurnalistlə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.
Qeyd edək ki, Şahin Rzayev dünən məhkəmənin qərarı ilə 15 gün inzibati qaydada həbs edilib.
Bakı Apellyasiya Məhkəməsi qərardan verilən şikayətə baxıb, həbs qərarı cərimə ilə əvəzlənib.